Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir
Bunu AzVision.az-a Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Komissiya üzvü əlavə edib ki, Azərbaycanda son illər cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: “Ümid edirəm ki, bu proses davam edəcək. Çünki cənab prezident cəza siyasətinin humanistləşdirilməsini hüquq islahatlarının prioritet istiqaməti kimi müəyyən edib”.
Müracitlərə gəlincə, Ə.Nuriyev qeyd edib ki, hər gün Əfv Komissiyasına əfvlə bağlı müraciət daxil olur.
Xatırladaq ki, sonuncu dəfə bu ilin mart ayında Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.
Anar Kəlbiyev
AzVision.az