“Azərbaycan çox vacib müttəfiqdir” - NATO polkovniki
AzVision.az xəbər verir ki, bunu NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvab bildirib.
NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin region üzrə zabiti polkovnik-leytenant Bahadır Uçar isə qeyd edib ki, bu tədbirdə ən mühüm sual, gördüyümüz işlərlə əlaqədar fikir mübadiləsi aparmaqdan ibarətdir. “Bu fikirlər həm NATO, həm də Azərbaycan üçün çox faydalıdır. Hər il baş tutan səfərlərimiz çərçivəsində biz hərbi məktəbləri, hərbi akademiyaları və digər hərbi obyektləri ziyarət edərək NATO tərəfindən həyata keçirilən işlər barədə təbliğat aparırıq. Həmçinin Azərbaycan NATO ilə hərbi əməkdaşlıq sahəsində gördüyü müxtəlif işlərin təqdimatını həyata keçirir. Belə tədbirlər bizim qarşılıqlı əlaqələrimiz üçün yaxşı zəmin yaradır”.
Operativ İmkan Konsepsiyası şöbəsinin rəhbəri polkovnik-leytenant Tommi Hirsti Azərbaycan hərbçilərinin peşəkarlığını yüksək qiymətləndirib: “Azərbaycan Operativ İmkanlar Konsepsiyasına 2004-cü ildə qoşulub. Son qiymətləndirmələr göstərir ki, ümumilikdə, hər şey çox yaxşı təşkil edilib, birləşmələr NATO standartlarına uyğun şəkildə çox yaxşı təşkil edilib. Bu, bütün birləşmələrə aiddir. Zabitləriniz bilik və bacarıqları sayəsində işlərin öhdəsindən hörmətə layiq və Operativ İnsan Konsepsiyasının rəğbətini qazanacaq şəkildə gəlirlər, həmçinin NATO haqqında geniş bilik dairəsi əldə etdiklərini, Azərbaycanla öz təcrübələrini bölüşürlər”, - deyə T.Hristi bildirib.
NATO Birləşmiş Komandanlıq qərargahının Brunssumdakı zabiti mayor İyonel Bokanın sözlərinə görə, Azərbaycan öz hərbi qüvvələri ilə Əfqanıstandakı sülhməramlı missiyaya kömək edir: “Bu, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərəfindən keçirilən və hazırda "Qətiyyətli yardım" adı altında keçirilən missiya ilə başlanıb. NATO Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda yardım göstərməsini, həmçinin missiya çərçivəsində peşəkarlığını müsbət qarşılayır. NATO "Qətiyyətli yardım" missiyasını davam etdirəcək. Biz məhz bu baxış bucağından əməkdaşlığımızın uğurla davam etdirilməsini istəyirik”.
AzVision.az
Teqlər: NATO Azərbaycan