Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Tədbirdə Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək ölkəmizdə sözügedən sahələrdə qəbul edilmiş qanunvericilik və normativ aktlar, milli fəaliyyət planları, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib.
Sənədin müzakirəsi zamanı ümumi rəy üzrə müvafiq müddəaların qəbul olunmasında ölkəmizin müsbət təcrübəsi nəzərə alınmışdır.
İclasın sonunda keçirilmiş səsvermə nəticəsində Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə yenidən APMŞ-nin prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçilmişlər.
AzVision.az
Teqlər: Baş-Prokurorluq