Kosta Rika Azərbaycanda səfirlik açır

Kosta Rika Azərbaycanda səfirlik açır
  27 Noyabr 2017    Oxunub:2488
Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycan da səfərdə olacaq.

Bu barədə AzVision.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir M.Gonzalez Sanzın Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   KostaRika  





Xəbər lenti