“Qarabağ probleminin həlli planı masa üzərindədir” - Nazir
“Menyu masa üzərindədir. Lakin məsələ bundadır ki, təkliflər paket halındadır. Tərəflərdən biri bu elementlərə hansısa dəyişiklik edəndə balansın pozulduğunu düşünür. Lakin son nəticədə biz diplomatik yolla hər iki tərəfi razı salacaq həll yolu tapacağımıza ümid edirəm”.
Nazir əlavə edib ki, münaqişənin nizamlanması ilə bağlı paket 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir.
Eldar Tanrıverdiyev
AzVision.az