Rusiyanın XİN rəhbəri: “Qarabağ münaqişəsi heç kimə sərf etmir”
Lavrov bu gün Məmmədyarovla keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib.
"Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarabağ münaqişəsi heç kimə sərf etmir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə münaqişə tərəflərinin qəbul edəcəyi hərtərəfli həll yolunun tapılması istiqamətində səylərimizi davam etdirəcəyik" - Rusiya XİN rəhbəri vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az