Bu il 39 nəfər avtobus qəzasında yaralanıb
İradə Əliyeva bildirib ki, ötən illə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayındakı azalma nəzərə çarpır: “Belə ki, ötən avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il həmin rəqəm 39-a düşüb. Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-ə enib”.
O, qeyd edib ki, bayram və istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir: “Bu da həmin zaman nəqliyyat vasitələrinin sayının çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da öz təsirini göstərir”.
Şəhanə Rəhimli
AzVision.az
Teqlər: qəza təcili-yardım