İlham Əliyev: “Azərbaycan münaqişənin tezliklə nizamlanmasında maraqlıdır”
Dövlət başçısı qeyd edib ki, bütün bunlar münasibətlərin yüksək səviyyədə olduğunu göstərir: “Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik”
Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb: “Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər. Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır. Əminəm ki, səfər, həmçinin münasibətlərimizin möhkəmlənməsi işində mühüm məqam olacaq”.
AzVision.az
Teqlər: