Hərbi Akademiyada növbəti buraxılış olub
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, tədbirdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Adam Kavlik də iştirak edib. Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub. Sonda məzunlarla xatirə şəkilləri çəkilib.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi