Braziliya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir
Nazir bildirib ki, Braziliyanın mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin.
Braziliyalı diplomat əlavə edib ki, səfərdə məqsəd əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir: “Biz əlaqələrimizdə hüquqi çərçivənin yaradılmasını müzakirə etdik. Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq. Azərbaycanda bir çox şirkətlər var ki, Braziliyanın investisiya proqramlarında iştirak edə bilər. Biznes sahəsində əlaqələr hazırda zəifdir. Ötən il iki ölkə arasında iqtisadi komissiya yaradılıb. Mart ayında Azərbaycandan olan nümayəndə heyəti Braziliyaya gələcək”.
Eldar Tanrıverdiyev
AzVision.az