Məmmədyarov: “Biz artıq tələb edirik, bunu Lavrova da deyəcəyəm...”
Nazir qeyd edib ki, artıq münaqişənin həlli vaxtı çatıb: "Sabah mən saat 11-də ATƏT-in Minsk qrupunun həmsdərləri ilə görüşəcəyəm. 19-20 noyabr tarixlərində isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz bəllidir. Azərbaycan tərəfi görüş xatirinə görüşlərə qatılmaq istəmir. Biz artıq tələb edirik ki, görüşlərin nəticələri olsun. Mən münaqişəni yerindən tərpətmək məsələsəni Sergey Lavrovla da müzakirə edəcəyəm. Biz məsələnin üstündə dururuq və prezidentlər tapşırıb. Həmsədrlər də münaqişənin həll yolunu tərpətmək üçün iş aparırlar"- deyə Məmmədyarov vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Məmmədyarov XİN