Bir ayda 488 əcnəbi Azərbaycandan çıxarılıb
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10526 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
2017-cı ilin oktyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 51505 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Ay ərzində DMX-nin “Çağrı mərkəzi” nə isə 9022 zəng daxil olub. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən oktyabr ayı ərzində respublikanın müxtəlif şəhər və rayonlarında 7 maarifləndirmə tədbiri keçirilib və səyyar xidmət təşkil edilib.
AzVision.az