Əmək pensiyaları artırılacaq
AzVision.az-ın məlumatına görə, müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb:
Nazir azalmanın səbəbini izah edib: “Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən “İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyənə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər işsizlikdən sığorta fondunun vəsaitləri hesabına ödəniləcək. Məhz bu azalma bununla bağlıdır”
S.Müslümov qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhalinin 97,5 faizini təşkil edərək, 3 milyar 407 milyon manat proqnozlaşdırılır. Nazirin sözlərinə görə, yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8 faiz artıb, inflyasiya 13.9 faiz olub, orta əmək haqqı 7.5 faiz artıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Səlim-Müslümov Pensiya