“BMT-nin Qarabağla bağlı qətnamələri yerinə yetirilməlidir” - Mehriban Əliyeva
Birinci xanımın sözlərinə görə, cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoyub: “Hələ 1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olmuşdur”.
Birinci vitse-prezident bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkə dərhal müstəqil dövlət kimi mövcudluğuna real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdi: “Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
AzVision.az
Teqlər: Birinci-vitse-prezident Mehriban-Əliyeva