İlham Əliyev İndoneziyaya gedəcək
“Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziyaya səfəri gözlənilir. Cənab nazirin İndoneziyada Bali Demokratiya Forumunda iştirak edəcəyi planlaşdırılır. Forum çərçivəsində ikitərəfli əlaqələr müzakirə olunacaq. Çox güman ki, Azərbaycan prezideni İlham Əliyevin də İndoneziyaya səfəri müzakirə olunacaq. Ümid edirəm ki, Azərbaycan prezidentinin səfəri gələn ilin əvvəlində, ya da ortalarında baş tutacaq”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident İndoneziya