Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira 15 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.