Məmmədyarov bolqarıstanlı səfirlə vidalaşdı
Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirdi. O əlavə etdi ki, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır.
Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı. Nazir Elmar Məmmədyarov səfir M. Xristovaya gələcək fəaliyyətində uğurlar arzu etdi.
AzVision.az
Teqlər: XİN