96 min manata yaxın sosial ödəniş verilib
Yanvar-oktyabr aylarında Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad olunduqları aşkar edilib və onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.
Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Həmçinin cari ilin 10 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı standartlar barədə məlumatlandırma işləri, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib.
AzVision.az
Teqlər: ƏƏSMN