Çevik Polis Alayına mülki işçi axtarılır
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında, o cümlədən Əlahiddə Çevik Polis Alayında xidmətə qəbul zamanı üstünlük veriləcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Əlahiddə Çevik Polis Alayının Kadrlar şöbəsinə (012) 590-64-68 nömrəli telefonla müraciət edə bilərlər.
AzVision.az
Teqlər: DİN