Azərbaycan İrana yardım təklif etdi
Nəcəfi qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəsmiləri İranın Bakıdakı səfiri Cavad Cahangirzadə ilə təmasda olub, ona Azərbaycan tərəfinin köməyi təklif edilib.
"Qardaş ölkənin kömək təklifini Tehrana, aidiyyatı qurumlara çatdırmışıq. Azərbaycan prezidenti və xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirik"- səfirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən gün İranın qərbində 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 214 nəfər ölüb. Dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb. 1600-dən çox insan zəlzələ nəticəsində yaralanıb. Baş verən faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: İran Ruhani Zəlzələ Səfirlik