YAP ağacəkmə kampaniyasına başlayıb
Bakı ətrafında start verilən bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.
Vitse-spiker Bahar Muradova bildirib ki, Yeni Azərbaycan Partiyasının bu ənənəsi uzun illərə söykənir: "Biz yaz-payız mövsümündə, eyni zamanda, əlamətdar günlərdə kollektiv olaraq Bakı şəhərinin və regionlarımızın yaşıllaşdırılması işində yaxından iştirak edirik. Azərbaycanda YAP-ın təşkilatçılığı ilə salınmış çoxsaylı parklar var. Bununla da Yeni Azərbaycan Partiyası ictimai-siyasi həyatımızda olduğu kimi, ekoloji sahədə də səmərəli fəaliyyətini davam etdirir. Bu aksiya ilə partiya üzvləri cəmiyyət üçün bir nümunə göstərirlər".
AzVision.az
Teqlər: YAP