İşbazların yeni fırıldağı - Komitə xəbərdarlıq etdi
“Qaçaqmalçılar, eyni zamanda, böyük bir canfəşanlıqla sözügedən malları nəyin bahasına olursa-olsun ölkə ərazisinə gətirməyə cəhd edirlər. Lakin onlar öz məqsədləri üçün ən müxtəlif üsullarla gömrük nəzarətindən yayınmağa çalışsalar da, gömrük əməkdaşları pirotexniki məmulatı aşkara çıxarır, ölkə ərazisinə gətirilməsinə yol vermirlər”.
Qeyd edilib ki, artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları elə təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə səy göstərirlər. Belə ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hərəkətdə olan təkərlərində 47 qutu “Super Blitz”, 14 qutu “Silver Cracker”, 4 qutu “Petardy”, 2 qutu “Big Silver Cracker” markalı pirotexniki vasitələr aşkar edilib:
“Bu faktlar təkcə inzibati deyil, eyni zamanda, cinayət məsuliyyəti yaradan hallardır. Belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - deyə Dövlət Gömrük Komitəsindən xəbərdarlıq edilib.
AzVision.az
Teqlər: DGK