Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb
Tofiq Quliyev 1917-ci il noyabr ayının 7-də, Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir. Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi, Xalq artisti fəxri adına layiq görülüb. Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal ordeni” ilə təltif olunub.
2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi bəstəkarın adını daşıyır.
AzVision.az
Teqlər: poçt