Noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi, noyabrın 7-dən 10-dək Kunqsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir.