Azərbaycanda yeni qurum yaradıldı – Fərman
Fərmana əsasən “ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri “ASK” ASC-nin Müşahidə Şurası həyata keçirəcək.
Dövlətimizin başçısının sərəncamları ilə Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Kamran Nəbizadə isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident ASC