Xəbərdarlıq: Leysan olacaq, qar yağacaq
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti gündüz əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 08-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
AzVision.az
Teqlər: hava