"Ətin ucuzlaşması mövsümlə əlaqədardır" - Nazirlik
M.Hacıyev Bakıda ətin qiymətinin ucuzlaşmasının mövsümlə əlaqədar olduğunu deyib:
“Ətin qiymətini tələb-təklif əsasında bazar tənzimləyir. İndi mövsümün elə vaxtıdır ki, yaylağa gedən heyvanların Arana qayıtması, onların yaylaqda kökəlməsi ət istehsalının artmasına səbəb olur. Mövsümün bu vaxtında ət istehsalı artır, bu da təbii ki, istehsalın artmasına və qiymətinə təsir edir. Bunun qısa və uzun müddətli olmasını deyə bilmərik. Amma Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlığın inkişafı ilə bağlı addımlar atılır. Bu da gələcəkdə ətin qiymətində azalmaya səbəb olacaq”.
Aytən Zəhra
AzVision.az