Azərbaycanlı xanım Tallinin vitse-meri olacaq - FOTO
Bundan əvvəl Z.İzmayılova özünü mediada jurnalist, müstəqil fotoqraf və fəal kimi təqdim edib. O, ətraf mühitin qorunması məsələləri ilə məşğul olan “Estoniya Yaşıllar Hərəkatı” təşkilatında könüllü kimi fəaliyyət göstərib. 2005-ci ildən siyasətlə məşğul olmağa başlayan Z.İzmayılova Sosial-Demokrat Partiyasına qəbul edilib. 2012-ci ilədək həmin partiyanın üzvü olub, iki il bitərəf qalıb, sonra “Estoniya Yaşılları”na qəbul olunub. 2017-ci ilin martından bu partiyanın sədridir.
AzVision.az
Teqlər: Tallin