Sabah Bakıda 20 dərəcə isti olacaq
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava