Cocuq Mərcanlıya qayıdışın ikinci mərhələsi başlayır - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Evlər telefon və internet xəttilə təmin edilib.
Əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilib. Bu stansiyadan Füzulinin cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yaşayan sakinlər də istifadə edəcəklər. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi başa çatıb. Hazırda küçələrin asfaltlanması həyata keçirilir.
Hər bir ailə üçün müəyyən hektar torpaq sahəsi ayrılıb. Əhalinin məşğulluğunu təmin etmək üçün xarici iş adamları ilə danışıqlar aparılıb.
Qeyd edək ki, qəsəbədə 1,75 hektar ərazidə yaşıllıq salınıb. (Xəzər TV)
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı