Azərbaycan İtaliya əlaqələri müzakirə edilib
Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılaraq iki ölkə arasında siyasi, iqtisadi, enerji, habelə mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığın hazırkı inkişaf səviyyəsinin xalqlarımızın maraqlarına cavab verdiyi qeyd olunub. Bu xüsusda, ölkələrimiz arasında mövcud siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi təqdir edilərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İtaliyanın Avropa İttifaqında Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu qeyd olunaraq Cənub Qaz dəhlizinin vacib komponenti olan TAP layihəsinin strateji əhəmiyyətinə toxunulub. TAP layihəsi çərçivəsində işlərin qrafikə uyğun olaraq vaxtında başa çatdırılacağına ümidvarlıq ifadə olunub. L.Lanzillotta TAP layihəsinin İtaliya və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik layihə olduğunu bildirib.
Nazir Bakının "EXPO 2025" namizəd şəhərlərdən olduğunu qeyd edərək son illər ərzində paytaxt Bakı və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
L.Lanzillotta Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfəsinin, dünyəvi dövlət olaraq yürütdüyü mötədil siyasətinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə həmçinin parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan İtaliya XİN