Məmmədyarov fransalı diplomatlara görüşüb
E.Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və bu müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib.
Pyer Alan Rafan Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini qeyd etdi. Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında “qardaşlaşma”nın artırılmasının önəmini vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan E.Məmmədyarov, ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirib.
AzVision.az