“Mənim Parlamentim” layihəsinə start verildi
“Mənim Parlamentim” layihəsinin ilk qonağı isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vüsal Hüseynov olub. ADA Universitetində keçirilən səmimi görüşdə V.Hüseynov Milli Məclisin fəaliyyəti ilə bağlı tələbələrə geniş məlumat verib, gənclərin bilik və bacarıqlarının artırılmasına, o cümlədən onların inkişafına yönəlik tövsiyələrini bölüşüb.
V.Hüysenov həmçinin Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti və inkişafı ilə əlaqədar fikirlərini və tövsiyələrini tələbələrə bildirib, tələbələr Milli Məclisin fəaliyyəti və təhsil sahəsi ilə bağlı suallar verib, sonda isə xatirə şəkli çəkilib.
Qeyd edilib ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir, Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilmiş və təşkilat fəaliyyətinə vətənpərvər, intellektual səviyyəli, aktiv gəncləri birləşdirir və onların ölkəmizə və cəmiyyətə fayda verməsi üçün imkanlar təmin edir.
Teqlər: