Texniki Universitetdə maliyyə maxinasiyaları üzə çıxdı
Audit dövrünün əvvəlinə ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min manat və 36,8 min ABŞ dolları borc məbləği mühasibat uçotunda debitor borc kimi əks etdirilməyib, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilən tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmayıb.
Universitet tərəfindən bəzi hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilmiş, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılb.
"Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək, bu kateqoriyadan olan və akademik borcu olan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilən "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nın tələblərinə əməl edilməyərək Azərbaycan Respublikasının vətəndaşı olmayan tələbələrə təqaüd ödənilməyib.
AzVision.az
Teqlər: Hesablama-Palatası