Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən
AzVision.az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
AzVision.az