"Qoca" hələ də tapılmayıb - Nazir ciddi tapşırıq verdi
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin bu gün keçirilən kollegiya iclasında məsələ qaldırılıb. Nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirlən iclasda məhbus Etibar Məmmədovun axtarışlarının davam etdirildiyi qeyd olunub.
Penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Mətbuatda yayılan məlumatlara görə, Etibar Məmmədovun qaçmasına kömək edən müğənni Fədayə Laçın və bir neçə nəfər həbs edilib.
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi