Azərbaycanda 59325 nəfər Prezident təqaüdü alır
Bu il ƏƏSMN xətti ilə 59325 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təminatı həyata keçirilir.
Bundan əlavə, cari ilin 1 oktyabr tarixinə ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 97,2 min ailənin 400,4 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.
AzVision.az
Teqlər: ƏƏSM