“Rusiya köhnə silah-sursatı Ermənistana göndərir” - Polkovnik Ramaldanov
Hərbi ekspertin sözlərinə görə, əgər Ermənistan Rusiyanı öz arxasında görməsəydi, Qarabağ məsələsi ilə bağlı danışıqlarda mövqeyində dəyişiklik olardı: “Biz bilirik ki, Ermənistanın əksər iqtisadi obyektləri Rusiyanın təsiri altındadır. Onlar Rusiyadan silah almaqla bu təsiri daha da genişləndirirlər. Həmçinin yaxşı bilirik ki, Rusiyanın silah və texnika anbarı yenisi ilə əvəz olunur. Köhnə silah-sursat harasa getməlidir. Bu da ilk növbədə Ermənistana gedir”.
Ramaldanov qeyd edib ki, Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasının açarı Rusiyada, Qarabağın azadlığının açarı isə Azərbaycandadır: “Çünki bu gün Azərbaycanın ən müasir silahlara malik ordusu var. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Belarusdan alınacaq “Polonez” raket kompleksi “İskəndər” raketlərinin imkanlarına barabər silahdır. Ermənistanın silahları Azərbaycan Ordusunun sahib olduğu müasir silahlarla müqayisə oluna bilməz.
Qarabağ məsələsi güc yolu ilə həll olunarsa, Azərbaycanın bunun üçün yetərli qədər gücü var. Ordumuz bu gün torpaqları işğaldan azad etməyə hazırdır və edəcək də. Sadəcə beynəlxalq qurumların mövqeyinə hörmətlə yanaşaraq həmin günü gözləyirik”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ramaldanov