Avropa Şurası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
Bunu AzVision.az-a açıqlamasında Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib.
"Avropa Şurası və Azərbaycan arasında gündəlik həyatda əmaldaşlıq çox açıq və intensivdir. Siyasi gərginlik bizim gündəlik işlərimizə təsir etmir. Avropa siyasi həyatında bu ay bir çox tədbirlər olacaq. Bunların da Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycana çox böyük təsiri olacaq. Nələrin baş verəcəyini indidən demək olduqca çətindir. Lakin bir şey dəqiqdir ki, çətinliklərin öhdəsindən tez bir zamanda gəlmək lazımdır".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Avropa-Şurası Azərbaycan