Azərbaycan ilk dəfə Təbriz kitab sərgisində
Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib. Azərbaycan Təbriz kitab sərgisinə ilk dəfə qatılıb. Sərgi müddətində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş kitablar nümayiş olunub.
Sərgidə 21 ölkə iştirak edib. 125 xarici, 980 İran naşirinin iştirak etdiyi sərgi 6 milyon 500 min insan tərəfindən ziyarət olunub.
AzVision.az