Siyavuş Novruzov: Bəzi deputatlar “Əsrin müqaviləsini” bəyənmirdi
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılmış addımdır. Vaxtilə bəziləri “Əsrin müqaviləsini” xülya adlandırırdı. Tarix sübut etdi ki, həmin insanların düşüncəsi xülyadır. Həmçinin müqaviləni bəyənməyənlər arasında bu gün bizim parlamentdə oturanlar da var. Digərləri bunu zamanla başa düşəcək”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Siyavuş-Novruzov