ANAMA-dan
AzVision.az-a daxil olan məlumata əsasən, oktyabrın 27-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ev və həyətyanı sahəyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 136 ədəd partlamamış hərbi sursat (PHS), 138 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 600 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 986 900 kv.m (98.69 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 55 gün ərzində 13 549 ədəd partlamamış hərbi sursat (PHS), 5 800 ədəd partlamış-yanmış sursat qalıqları və 51 958 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 54 887 158 kv.m (5 489 ha) ərazi yoxlanılıb.
AzVision.az