Bakıda reseptsiz “Tramadol” satan aptek aşkarlanıb
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 240.2.2 (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) və 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. Paytaxt ərazisində güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirən apteklər barədə müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayılmış məlumatlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: Bakı-Şəhər-Prokurorluğu Baş-Polis-İdarəsi