Bakıda “Kəşmirin qara günü” qeyd edilib
Səfir bildirib ki, BMT Təhülkəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Hindistan ordusu regionu tərk etmir: “Dağlıq Qarabağ da Hindistan qoşunlarının Kəşmiri işğal etdikləri kimi Ermənistan tərəfindən işğal olunub. Dağlıq Qarabağın işğalı nəticətində Azərbaycanın bir milyon qaçqını olduğu kimi, Hindistanın işğalı nəticəsində Kəşmir bölgəsindən milyonlarla insan öz doğma torpaqlarından didərgin düşüb”.
Səfir əlavə edib ki, ötən gün iki qadın Hindistan təhlkükəsizlik qoşunları tərəfindən qətlə yetirilib: “1989-ci ildən bu günə qədər Cammu və Kəşmirdə münaqişənin qurbanı təxminən 100 min nəfər olub, daha 7 min işgəncələr nəticəsində ölüb, 107 min uşaq yetim qalıb. Hindistan BMT Təhlükəsuzlik Şurasının qətnamələrinə hörmətlə yanaşmalı və onların həyata keçirilməsinə öz töhfəsini verməlidir. Pakistan Camma və Kəşmir vilayətlərinin öz müqəddaratını təyin edənədək bu regiona yardım edəcək”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Pakistan Kəşmir Dağlıq-Qarabağ