Gəncədə keçmiş məhkumlar arasında silahlı insident - Yaralanan var
Sonradan N.Kərimov xəsarət alan E.Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq oradan keçən Kəpəz Rayon Polis İdarəsinin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib. Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə Polis İdarəsinə aparacağını bildirib.
Bu zaman N.Kərimov tüfənglə onu hədələyib və nəqliyyat vasitəsindən düşərək qaçıb. Xəstəxanaya yerləşdirilən E.Nəsirovun vəziyyəti ağırdır.
Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qurbanov “Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
AzVision.az