“Hamı üçün İKT” təlimləri başlayıb
Oktyabrın 25-də Bakının Elektron Hökumət Təlim-Tədris Mərkəzində ilk təlim təşkil olunub. Onlayın formada keçən təlimə Bakı şəhəri ilə yanaşı, Lənkəran, İmişli, Bərdə, Mingəçevir, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris Mərkəzləri qoşulub.
Təlimdə layihənin məqsədi barədə məlumat verilərək bildirilib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb, ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qarşımıza qoyduğu hədəflərdən biri də bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların geniş şəkildə əhaliyə çatdırılmasıdır.
Layihənin sonunda mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.
AzVision.az
Teqlər: Bilik-Fondu İKT