“Qaçan məhkumlar “Lotu Quli”nin adamları deyil” - Təranə Əliyeva
“Harada nə olursa, o saat Nadir Səlifovun adını yazırlar. Kimin haradansa qaçmasının Nadir Səlifova nə aidiyyatı ola bilər? Bu barədə məlumatlar yalandır” - deyə T.Əliyeva vurğulayıb.
Qeyd edək ki, iki gün öncə Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Nadir-Səlifov