İki məhbus vaqondan necə qaçıb? - Planın detalları (VİDEO)
Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub. Artıq hadisə ilə bağlı pentensiar xidmətin 3 əməkdaşı saxlanılaraq istintaqa cəlb ediliblər. Bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.
Xatırladaq ki, qəsdən adam öldürmədə təqsirləndirilən Əli Ağami və Etibar Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 3azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Xəzər TV)
AzVision.az
Teqlər: Məhkum