“Ermənistan reallıqla barışsa, münaqişə həllini tapa bilər” - XİN
“Əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasını tələb eldən 4 qətnaməsi hələ də icra olunmayıb. Bu münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapa bilər. Ermənistan nə qədər tez mövcud reallıqla barışsa, öz qüvvələrini işğal olunmuş rayonlardan çıxarsa, Dağlıq Qarabağ münaqişəsi bir o qədər tez həllini tapa bilər. Münaqişənin həllindən region ölkələri də faydalanar", - deyə XİN rəsmisi vurğulayıb.
AzVision.az