Məmmədyarov Palermo şəhərinin meri ilə görüşüb

Məmmədyarov Palermo şəhərinin meri ilə görüşüb
  25 Oktyabr 2017    Oxunub:1210
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə L.Orlandonun vaxtikən İtaliya Parlamentinin üzvü qismində Azərbaycana səfəri, səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli məhsuldar görüşləri və Azərbaycan haqqında xoş xatirələrini məmnunluqla qeyd edib.

Görüşdə Palermo ilə ölkəmizin bölgələri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Regionalararası əməkdaşlıq çərçivəsində turizm, kənd-təsərrüfatı, mədəniyyət, şəhər idarəçiliyi üzrə təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd olunub.

E.Məmmədyarov İtaliyanın Azərbaycanın Avropa İttifaqında (Aİ) ən mühüm tərəfdaşlarından olduğunu, bütün sahələrdə ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd edərək, ölkələrimizin regionları arasında da əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti